Xərçənglə mübarizə aparan türkiyəli məşhur aktrisa Canan Ergüder uzun müddətdən sonra obyektivlərə tuş gəlib.

Unikal.org xəbər verir ki, aktrisa rol aldığı "Sadan hanım" sənədli filminin qala gecəsinə qatılıb. O, ekran işində ölümündən 4 il əvvəl tanış olduğu alzheimer xəstəliyindən əziyyət çəkən Sadan Ünüvarın həyatını canlandırıb.