Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada keçirilən parlament seçkilərinə münasibət bildirib. 

Unikal.org xəbər verir ki, türkiyəli nazir Krımda keçirilən Duma seçkilərinin legitimliyini tanımadıqlarını bəyan edib.

Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankranın mövqeyindən narazı qalıb:

"Kreml Ankaranın Krımda keçirilən seçkilərin qeyri-legitimliyi barədə açıqlamasını qəbul etmir və bunu türkiyəli həmkarlarına açıq şəkildə söyləyir".

Peskov Ankaranın Krım məsələsi ilə bağlı mövqeyini qarşıdakı illərdə dəyişəcəyinə ümid etdiklərini əlavə edib.

Ağarza Elçinoğlu