Məşhur amerikalı müğənni, aktrisa Sara Daş vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə "Labelle" qrupunun üzvü Patti LaBelle tvitter hesabında yazıb. Müğənni 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Daş 1974-cü ildə ifa etdiyi "Lady Marmalade" mahnısı ilə məşhurlaşıb. O, ABŞ-ın məşhur qrupu "Labelle"nin qurucularındandır.