Rusiya Prezidenti Vladimir Putin Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik məktubu göndərib. 

Unikal.org xəbər verir ki, Baş nazir Nikol Paşinyana ünvanlanan məktubda Rusiya Federasiyasının başçısı bir neçə məsələyə toxunub. 

"Rusiya-Ermənistan münasibətləri dost, müttəfiqdir. Dövlətlərimiz arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq - AİB, KTMT və MDB çərçivəsində konstruktiv əməkdaşlıq qurulmuşdur. Əminəm ki, birgə səylərlə bütün sahələrdə ikitərəfli tərəfdaşlığı gücləndirməyə bundan sonra da davam edəcəyik", - deyə Putin bildirib. 

O, həmçinin onu da qeyd edib ki, Ermənistanı üzləşdiyi problemlərdən yalnız Azərbaycan və Rusiya ilə birgə imzaladığı üçtərəfli bəyanat xilas edəcək:

"Bu gün Ermənistan ciddi problemlərlə üzləşir. Noyabr və Yanvar üçtərəfli sazişlərinin ən yüksək səviyyədə, ardıcıl şəkildə həyata keçirilməsinin ölkənizin və bütün Zaqafqaziya regionunun dinc və firavan inkişafını təmin edəcəyini düşünürük".

Ağarza Elçinoğlu