Meksikanın şərqindəki Veracruz əyalətinin Jalapa bölgəsində avtobus beş avtomobillə toqquşub.

Unikal.org xəbər verir ki, bu barədə regional fövqəladə hallar idarəsi tvitterdə məlumat yayıb.

Yol qəzasında azı 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

Avtomobillərdən biri qəzadan sonra yanıb. Zərərçəkənlər şəhər xəstəxanalarına çatdırılıb, onların vəziyyəti barədə heç bir məlumat verilmir.

İlkin məlumatlara görə, qəzaya səbəb avtobusun əyləc sisteminin nasazlığı olub