Türkiyənin Afyonkarahisar şəhərinin Dinar rayonunda əyləci tutmayan TIR nəzarətdən çıxaraq 6 avtomobili əzib. 

Unikal.org xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 

Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Həmin an təhlükəsizlik kamerasına əks olunub.

Hadisədən sonra TIR yanmağa başlayıb, əraziyə çox sayda xilasetmə qrupu, yanğınsöndürən və polis qüvvələri göndərilib.  

Bildirilib ki, qəzadan sağ çıxan TIR sürücüsü Qasımov İsgəndər azərbaycanlıdır.O, ifadə vermək üçün polis bölməsinə aparılıb.

Qəzada ağır yaralanan Mehmet Balon isə müalicə aldığı Isparta xəstəxanasında dünyasını dəyişib. 

Ağazra Elçinoğlu