“Bakıda sürət həddini aşan sürücü ilə bağlı araşdırma aparılır”. 

Bu barədə Unikal.org-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O qeyd edib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.

Seymur Əli

***

12:23

Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb. 

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, 99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.

“Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdiyevdir.