Filippin prezidenti Rodriqo Duterte  zəngin ölkələri tənqid edib. 

Unikal.org xəbər verir ki, o,  bu  barədə  Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasındakı çıxışında deyib.  Prezident  zəngin ölkələrin koronavirusa qarşı vaksinlər yığdığını, kasıb ölkələrdə isə buna görə peyvənd çatışmazlığı yarandığını bildirib. 

Belə  ki, zəngin ölkələri  tənqid edən Duterte, "Həqiqət budur ki, bu virus hər yerdə bitməyincə bu pandemiya bitməyəcək",-deyərək, çıxışını  yekunlaşdırıb.