Abşeron rayonunda restoranda yanğın olub.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, rayonun Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 800 m² olan restoranın mətbəxində 1 ədəd məişət avadanlığı və masa yanıb. Restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.