Dünən Gürcüstanın Dmanisi bölgəsində seçkiqabağı görüş zamanı baş verən davada iki nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, hadisəni "Gürcü Arzusu" partiyasının yerli seçkilərdə irəli sürdüyü namizədlərdən biri olan Mixail Dautaşvilinin oğlu törədib.

Bildirilib ki, o, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarlarını birləşdirən "Birləşmiş Milli Hərəkat"ın bir neçə tərəfdarına hücum edib və onları bıçaqlayıb.

Hadisədən sonra iki nəfər xəstəxanaya yerləşdirilib. Gürcüstan polisi hücumu törədən şəxsi tutub.  

Onu 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir.

Ağarza Elçinoğlu