Qarabağ qazisi koronavirusdan vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat yayıb.

O, bildirib ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri Nizami Təhməzov dünyasını dəyişib.

Qeyd edək ki, N.Təhməzov Birinci Qarabağ Müharibəsində yaralanaraq sağ qolunu itirib. Onun həyat yoldaşı da bir müddət öncə koronavirusdan vəfat edib.