20 İyun seçkilərindən sonra Nikol Paşinyan özünü komandadan təcrid edib. O, nadir hallarda böyük toplantılar təşkil edir, əsasən də Baş nazirin müavini Suren Papikyanla ünsiyyət qurur.

Unikal.org Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbər verir ki, Paşinyan özünü ehtiyat etdiyi üçün qoruyur. Çünki hakimiyyətdəki komandalar arasındakı ziddiyyətlər bir-birinə nifrət edəcək dərəcdə dərinləşib. 

Məlumata görə, Paşinyan keçmiş baş nazirin müavini Tiqran Avinyan tərəfindən hədəfə alınıb. O, yaxın gələcəkdə səs-küylü açıqlamalar və s. ilə Paşinyanı devirəcəyini deyib. 

Bildirilib ki, Avinyan Yerevan meri seçkilərində iştirak etmək istəyir. onun öz oyununa başlayacağı, öz partiyasını quracağı və bunun üçün ərizə verəcəyi istisna edilmir. 

Ağarza Elçinoğlu