Vaşinqtonda ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüş keçirilib

Unikal.org xəbər verir ki, Ağ evdə bağlı qapılar arxasında keçirilən görüşdə Böyük Britaniyanın ABŞ, Meksika və Kanada (USMCA) arasındakı ticarət müqaviləsinə daxil olması müzakirə edilib.

Bayden Krallığı Avropa İttifaqını tərk etdikdən sonra Şimali İrlandiyadakı sülh prosesinə zərər verilməməsi üçün diqqətli olmağa çağırıb. O, ABŞ-ın Şimali İrlandiyada sülhü təmin etmək üçün çox vaxt və səy sərf etdiyini bildirib.

Conson isə bu mövzuda Prezidentlə eyni fikirdə olduğunu və heç kimin Belfast müqaviləsinin yaratdığı sabitliyi pozmasına imkan verməyəcəklərini bildirib.