Bakıda xuliqanlıq hadisəsi olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 23-də Sahil bağında xuliqanlıq zəminində vətəndaşlara qarşı elektroşok istifadə edən Bakı şəhər sakini O.Mehdiyev saxlanılıb.