ABŞ-ın Dərman və Qida İdarəsinin (FDA) keçmiş direktoru Dr. Skott Qottlieb koronavirusla bağlı bəzi  açıqlamalar verib. 

Unikal.org xarici  KİV-ə  istinadən xəbər verir ki,  amerikalı  mütəxəssis  dünyada böhrana səbəb  olan koronavirusun mutasiyalara uğraması  onun daha da yayılmasına  şərait  yaratdığını  dilə gətirib:

"Delta dalğası gözlənilməz deyildi. Mövcud toxunulmazlıq başqa bir variantla pozulmasa, Delta variantı infeksiyanın son böyük dalğası olacaq". 

Həkim fəsil  dəyişkənliyi  ilə əlaqədər  qrip hallarını  artması yenidən pandemiyanın baş qaldırmasına səbəb  olacağını da vurğulayıb. 

"Qrip, Covid-19 virusuna yoluxmaları və ölümləri daha da artıra bilər. Çətinlik ondadır ki, artıq qripə sahibik və əgər qriplə yayılan Covid-19 varsa,  ölümlər və xəstəliklər bu iki yoluxucu xəstəliyin törətdiyi cəmiyyət üçün çox ağır olacaq".  

Qottlieb  son olaraq ictimai yerlərdə könüllü olaraq maska ​​taxmasının vacibliyini vurğulayıb. 

 Gülayə  Mecid