Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 221 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 355 226 nəfərdən test götürülüb, onların 27 197-nin testi pozitiv nəticə verib, 20 458 nəfər sağalıb.

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 85.90%-nə bir doza, 69,74%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.