Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 597 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 605 360, ölənlərin sayı isə 8 787 nəfərə çatıb. Virusa yoluxanlardan 573 542 (94%) nəfərin sağaldığı bildirilir.