Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokratlar Partiyası Bundestaq seçkilərində 26 faiz səslə liderdir.

Unikal.org xəbər verir ki, bu barədə "Mannheimer Forschungsgruppe Wahlen" tədqiqat institutunun "ZDF" telekanalı üçün keçirdiyi "exit -poll"un nəticəsində qeyd olunub.

XDİ/XSİ bloku isə seçiçilərin 24 faiz səsini toplayıb.

Annalena Berbokun lideri olduğu "Yaşıllar Partiyası" 14,5 faiz, "Azad Demokrat Partiyası" 12 faiz və millətçi "Almaniya üçün Alternativ" partiyası isə 10 faiz səs toplayıb.