Tehranın qərbində yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tədqiqat mərkəzlərindən birində yanğın qeydə alınıb.

Unikal.org "İSNA"ya istinadən xəbər verir ki, hadisə nəticəsində yaralanan 3 nəfər xəstəxanaya aparılıb. 

Qeyd edək ki, yanğın artıq lokallaşdırılıb. Hadisənin səbəbləri araşdırılır.