Omanda macəraçılar tərəfindən kəşf edilən sirli dəlikli mağara araşdırılmaqda davam edir. 

Unikal.org xəbər verir ki, bir qrup elm adamı mağaraya enib. Geologiya professoru Məhəmməd əl-Kindi, mağarada qorxulu anlar yaşadıqlarını, orada olarkən qəribə sirli qoxu hiss etdiklərini deyib. 

Qeyd edilib ki, sözügedən mağara  ölülərin ruhlarının toplandığı bir "cin həbsxanası"dır. 

Həmçinin qeyd olunub ki, mağaranın altında Yer kürəsini məhv edə biləcək güclü bir vulkan yerləşir. 

Faktla bağlı araşdırma aparılır, bununla bağlı geniş məlumatın veriləcəyi deyilir. 

Ağarza Elçinoğlu