"Rusiyanın əsas düşməni kasıbçılıqdır, eləcə də səhiyyə, təhsil və infrastrukturdakı problemlərdir".

Unikal.org xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Bir az əvvəl Vahid Rusiya Partiyasının siyahısındakı liderlərlə danışdım və dedim ki, seçkilərin nəticələrinin açıqlanmasından sonra bəzi qərargahlarda "Ura" qışqırıblar. Amma inamla bütün hədəflərə çatdığımızı söyləmək üçün "Ura" qışqırmaq hələ tezdir. Düşmən hələ məğlub edilməyib", - deyə Putin bildirib.

Ağarza Elçinoğlu