Aaron Van-Bissaka ilin sonunda məhkəmədə sorğu-suala tutulacaq.

Unikal.org xəbər verir ki. o, dekabrda hakim qarşısına çıxacaq.

Bildirilib ki, "Mançester Yunayted"in müdafiəçisi artıq mövcud qaydaları pozduğunu etiraf edib. 23 yaşlı Aaron iyun ayında yol polisinin onu əbəs yerə saxlamadığını boynuna alıb: o, istintaqa açıqlamasında avtomobili sürücülük hüququ və sığorta sənədi olmadan idarə etdiyi üçün peşman olduğunu bildirib.

Qeyd edək ki, futbolçu hələ də sükan arxasına keçə bilir. Çünki ona sürücülük hüququndan məhrumetmə ilə bağlı qoyulan qadağa məhkəməyə qədər ləğv edilib. Van-Bissaka bu hüququnu daha əvvəl – 2020-ci ilin sentyabrında sürət həddini aşdığı üçün 6 aylığa itirmişdi.