Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirilən danışıqları məhsuldar adlandırıb.

Unikal.org xəbər verir ki, bu barədə o, öz tviter hesabında yazıb.

Paylaşımda deyilir: "Həmkarım Putinlə məhsuldar danışıqlardan sonra Soçidən ayrıldıq".

Xatırladaq ki, Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşü bu gün Soçidə baş tutub.