Dünən Türkiyənin "Fənərbağça" futbol klubu "Ülker" stadionunda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edib. 

Unikal.org xəbər verir ki, "Fənərbağça" 0:3 hesabı ilə öz meydanında "Olimpiakos"a məğlub olub. 

Qonaq komanda mübarizənin 6-cı dəqiqəsində Tiquinyonun vurduğu qolla 1-0 önə keçib. İkinci hissəyə sürətli başlayan "Fənərbağça", fürsətlərdən istifadə edə bilməyib. Yunanlar 62 və 68-ci dəqiqələrdə Masourasın vurduğu qollarla oyunun taleyini həll edib. 

Oyundan sonra "Fənərbağça" 1 xalla yerində qalıb, "Olimpiakos" isə 6 xala yüksəlib.

Ağarza Elçinoğlu