Milli Məclisin deputatı Mahir Abbaszadə Bakı şəhəri Xəzər rayonu Qala kəndində dəfn olunan Vətən müharibəsinin şəhidi Laçın rayonu Malıbəyli kənd sakini Yaqubzadə Yaqub Eldəniz oğlunun məzarını ziyarət edib.  

Unikal.org xəbər verir ki, millət vəkili şəhidlərin əziz xatirəsinə ehtiramını bildirib, ruhlarına dualar oxunub.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etdi.  44 gün müddətində 30 ilə yaxın davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Qeyd edilib ki, Prezident İlham Əliyev şəhid ailələrini və müharibə iştirakçılarını hər zaman diqqət mərkəzində saxlayır.
Şəhid Yaqub Yaqubzadənin valideynləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Ərazilərimizin işğaldan azad olunması yoludan canı, qanı bahasına mübarizə aparmış qazilərə şəfa, şəhid onlarla Allahdan rəhmət dilənib.
Yaqub Eldəniz oğlu Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.