Milanın cənub-qərbində "San-Donato" metrostansiyası yaxınlığında "Piper" tipli təyyarə qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.

Unikal.org "ANSA" agentliyinə istinadən xəbər verir ki, ölənlər arasında 2 pilot, biri uşaq olmaqla, 6 sərnişin var.

Onlardan biri Fransa vətəndaşıdır. 

***17:12

İtaliyanın Milan şəhərinin cənub-şərqində kiçik təyyarə qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Təyyarə "San Donato" metrostansiyasının yaxınlığında təmir edilmiş park binasına çırpılıb.

Binanın qarşısında dayanan bir neçə maşın yanıb.

Qəzetin yazdığına görə, pilotu və beş sərnişini olan təyyarə Milan Linate hava limanından havaya qalxaraq Sardiniyaya doğru yola düşüb.

Hadisə nəticəsində bütün ekipaj üzvləri həlak olub.