Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb. Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyində brifinq keçirilib

Unikal.org xəbər verir ki, Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara FETÖ, PKK/KCK/PYD-YPG, İŞİD başda olmaqla bütün terror təşkilatları ilə mübarizənin artan templə davam etdiyini vurğulayıb.

2015-ci ildən indiyədək cəmi 18 549 terrorçunun zərərsizləşdirildiyini deyən Kara bu ilin əvvəlindən ölkə daxilində və sərhəddən kənarda ümumilikdə 21 əməliyyat keçirildiyini qeyd edib.

Kara əlavə edib ki, bu il 2 081 terrorçu zərərsizləşdirilib.

Nazirlik rəsmisi qaçaqmalçılıq və qanunsuz miqrant axınının qarşısını almaq və terrorla mübarizənin təsirini artırmaq üçün sərhədlərdə texnoloji vasitələrlə dəstəklənən fiziki təhlükəsizlik sistemlərinin qurulduğunu da əlavə edib.