Gözəl və zəngin təbiəti olan Kəlbəcər rayonunda bu günlərdə pələng görünüb.

Unikal.org xəbər verir ki, video hərbçilər tərəfindən qeydə alınıb. 

Kəlbəcər dağlarında çəkilmiş videodan aydın olub ki, həqiqətən də oralarda pələng yaşayır. Sözügedən görüntülər böyük marağa səbəb olub. Çünki indiyə qədər Kəlbəcər təbiətində bu yırtıcı heyvanının olmadığı bildirilirdi. Amma zəngin təbiətli Kəlbəcərimizdə sən demə pələng də var imiş.