Saatlı rayonunun Sarıcalar kəndində 3 nəfər bıçaqlanıb.

Unikal.org xəbər verir ki, mağazada baş verən münaqişə zamanı Saatlı rayonu Sarıcalar kənd sakinləri 1992-ci il təvəllüdlü Mirzəliyev Bəhruz Fizuli oğlu bel nahiyəsindən, 1979-cu il təvəllüdlü Adil Axmedov qol nahiyəsindən və 1993-cü il təvəllüdlü Rüstəmov Samir Vahid oğlu baş nahiyəsindən bıçaqlanıb.

Vəziyyəti ağır olan Mirzəliyev Bəhruz Fizuli oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.