Azərbaycan Gorus-Qafan avtomobil yolunun Şahverdilər (Vorotan) kəndi hissəsində daha bir məhdudiyyət tətbiq edib. 

Unikal.org "Hraparak Daily"ə istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.  

Bildirilib ki, gün ərzində erməni maşınlarına sülhməramlıların müşayiəti ilə keçməyə 1 saatdan bir icazə verilir.  

Gorusun ruhani keşişi Aharon Melkumyan jurnlistlərə açıqlama verib ki, buna görə o, məntəqədə 50 dəqiqə gözləməli olub:

"Bir saatlıq keçidə icazə verirlər, sonra bir saat maşınlar yığılır, sonra 1 saat ərzində yenidən rus sülhməramlılarının müşayiəti ilə ciddi nəzarət altında keçməyə icazə verirlər Dünən Vorotana getməli idim. Məlum oldu ki, on dəqiqə gecikmişəm, artıq yol bağlanmışdı. Növbəti saata qədər 50 dəqiqə gözləmək məcburiyyətində qaldım".

Xatırladaq ki, Gorus-Qafan yolu bir neçə həftə əvvəl bağlı idi və ya erməni, ya da İran maşınlarının keçməsinə icazə verilmirdi. 

Ağarza Elçinoğlu