Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri – general-polkovnik Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze arasında üçtərəfli görüş başa çatıb.

Unikal.org xəbər verir ki, sonda görüşün protokolu imzalanıb.

Nazirlərin mətbuata birgə açıqlama ilə çıxış edəcəkləri gözlənilir.

***

12:43

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri – general-polkovnik Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze arasında üçtərəfli görüş başlayıb.

Unikal.org xəbər verir ki, görüş Gürcüstanın Kaxeti bölgəsində Tsinandali kəndində keçirilir.

Tərəflər üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivlərini və bölgədəki vəziyyəti müzakirə edirlər.