NATO -nun baş katibi Yens Stoltenberq ittifaqın radikal "Taliban"a qarşı əvvəllə müqayisədə daha az təsirə malik olduğunu etiraf edib.

Unikal.org xəbər verir ki, ancaq o bunun sıfıra düşmədiyini deyib.
"Əlbəttə ki, hələ də rıçaqlarımız var. Onlar əvvəlkindən azdır, amma sıfıra endirilməyib ", - deyə Y. Stoltenberq bildirib.

İttifaqın baş katibi, həmçinin qeyd edib ki, Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra "Taliban"la bağlı hər hansı razılıq əldə edilməsə də, NATO-nun "taliblər"in gələcək siyasəti ilə bağlı müəyyən gözləntiləri var.