Tunis ordusuna məxsus helikopter ölkənin şərqində gecə təlimi zamanı qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə “Mosaique FM” radiosu Tunis Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Əl-Hamma rayonunda qeydə alınan hadisə nəticəsində helikopterdə olan 3 hərbçinin öldüyü bildirilib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.