Dünən axşam Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları və Rusiya Federal Həbsxana Xidmətinin (FSIN) gözətçiləri tərəfindən məhbuslara qarşı işgəncə və təcavüz görüntüləri yayılıb. 

Unikal.org xəbər verir ki, Soratav, Belqorod və Kamçatkadakı həbsxanalardan gələn işgəncə görüntüləri Rusiyada müxalif xəbər saytlarında yayımlanıb. 

Kadrlarda gözətçilərin bəzi məhbusları çubuqla döydüyünü, bəzilərinin isə işgəncə alətləri ilə zorlandığı görülüb. Görüntülər ölkə daxilində səs-küyə səbəb olub. 

Faktla bağlı Rusiya Federal Həbsxana Xidmətinin gözətçiləri dindirilib. Araşdırma aparılır.