İctimai fəal, bloqer Anar Abdulla həbs edilib.

Unikal.org xəbər verir ki, ötən gün saxlanılan A.Abdulla İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni əməlinə tabe olmama) və 510-cu maddəsi (Xırda xuliqanlıq) maddələri ilə ittiham edilib.

Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Anar Abdullaya 15 sutka inzibati həbs cəzası verilib.