Dünya və ənənəvi dinlər liderlərinin VII qurultayı 2022-ci ilin 14-15 sentyabrında Nur-Sultan şəhərində keçiriləcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Senatının sədri Mövlan Əşimbayev qurultay katibliyinin XIX iclasında bildirib.

Qeyd edək ki, qurultay Nursultan Nazarbayevin təşəbbüsü ilə ilk dəfə 2003-cü ildə keçirilib.