İşğaldan azad edilən Cəbrayıl rayonunda bu gün müharibə zamanı ölən erməni hərbçilərin cəsədlərinin axtarış işləri aparılıb.

Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.

Axtarış işləri zamanı daha bir erməni hərbçinin qalıqları tapılıb. Onun kimliyi məhkəmə-tibbi ekspertizası zamanı məlum olacaq.

Müharibədən sonra aparılan axtarış işləri zamanı tapılan erməni hərbçilərin sayı 1681-ə çatıb.