Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşəcək.

Unikal.org xəbər verir ki, bu barədə Mehr agentliyi İranın XİN başçısı Hüseyn Əmir Abdullahiana istinadən yazıb.

“Çox uzaq olmayan gələcəkdə Prezident İbrahim Rəisi ilə Rusiya dövlət başçısı Vladimir Putin görüşəcək. Ümid edirəm, hər sahədə get-gedə dərinləşən ikitərəfli əlaqələr yaxın gələcəkdə ən yaxşı səviyyəyə çatar”, - deyə nazir bildirib.