Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verəcək.

Unikal.org xəbər verir ki, bu barədə yerli “Pirveli” telekanalı etibarlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb və buna beynəlxalq qalmaqal da əlavə olunub.