Yutub internet platformasında bir milyondan çox abunəçisi olan “WILDERNESS COOKING” layihəsinin çəkiliş heyəti Şuşa şəhərində olub.

Unikal.org xəbər verir ki, kanalın məşhur aşpazı, həmçinin, çəkiliş heyəti Şuşa şəhərinin gəzməli-görməli yerlərini ziyarət ediblər.

Daha sonra məşhur aşpaz Cıdır düzündə Azərbaycan milli mətbəxinin dadlı təamlarını hazırlayaraq öz məharətini göstərib.