Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilib.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunub.

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.

İndiyədək keçirilən müsahibələrdə 29 namizəd iştirak edib, onlardan 6-sı uğur qazanıb.