Yenidənqurmadan sonra açılışı olan Bakı Zooloji Parkına giriş biletlərinin qiyməti açıqlanıb.

Unikal.org-un məlumatına görə, Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva bildirib ki, biletin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün isə 2 manat olacaq: "Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuz olacaq. Saat 10.00-dan 17.30-a qədər kassalar fəaliyyət göstərəcək və eyni zamanda onlayn formada da bilet satışı həyata keçiriləcək".