Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Daşkəsəndə polis əməkdaşı Ruhlan Nəbiyev bıçaqlanıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, onu bıçaqlayan 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.

O, ictimai asayişi pozan zaman polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Nəticədə F.Hüseynəliyev 1996-cı il təvəllüdlü polis əməkdaşını bıçaqlayıb.

Murad İbrahimli

***

11:07

Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, kənd sakini 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub. Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. 

Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.

Faktla bağlı araşdırma aparılır.