"Ermənistanın törətdiyi Gəncə terrorundan bir il ötür. SCAD ballistik raketlərindən istifadə etməklə Ermənistanın siyasi-hərbi rəhbərliyi Gəncə şəhərinə hücum etməyi əmr etdi".

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə yazıb.

"Qəsdən törədilmiş bu raket hücumu üçün heç bir hərbi zərurət yox idi. Yeganə məqsəd dinc mülki vətəndaşların kütləvi qətli idi", - Prezidentin köməkçisi qeyd edib.