Məşhur məşqçi Luis Felipe Skolari "Qremio" ilə yolları ayırıb.

Unikal.org xəbər verir ki, bu barədə Braziliya klubunun saytı məlumat yayıb.

72 yaşlı mütəxəssis 4 fərqli dönəmdə "Qremio"nu çalışdırmışdı.

1982-ci ildən baş məşqçilik edən Skolarinin bu karyerasında 28-ci ayrılığı olub.

Qeyd edək ki, braziliyalı məşqçi Braziliya millisi ilə DÇ-2002-ni qazanmışdı.