Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tvitter hesabında ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin və xarici jurnalistlərin Şuşaya səfərləri ilə bağlı maraqlı paylaşım edilib.

Unikal.org  xəbər verir ki, paylaşımda XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və qonaqların Şuşada çörək sexinə baş çəkdikləri qeyd olunub.

“Şuşa səfəri çərçivəsində Azərbaycandakı diplomatik korpusların mümayəndələri və xarici jurnalistlər çörək zavodunda oldular. Burada dadlı Qala çörəyi bişirdik və dadına baxdıq", - məlumatda vurğulanıb.