Xəbər verdiyimiz kimi, Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunda qaya uçqunu hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub

***

09:15

Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.