Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də saat 4 radələrində Xırdalan şəhəri ərazisində şəhər sakini A.Hüseynov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi, əvvəllər məhkum olunmuş Asəf Rüstəmovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.