Bu gün "Yaban Bulvar" restoranında ilin sonunda keçiriləcək beynəlxalq kulinariya çemtionatında iştirak edəcək Azərbaycan Milli Kulinariya komandasının təqdimat mərasimi keçirilib.

Unikal.org-un xəbərinə görə, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov restoranın yüksək keyfiyyətini nəzərə alaraq, kulinariya komandasını sözügedən beynəlxalq yarışlarda "Yaban Bulvar" restoranının təmsil etməsini uyğun bilib. 

"Əminəm ki, şeflərimiz yüksək nəticələr əldə edəcək", - deyə T.Əmiraslanov qeyd edib. 

Restorator Rəşid Hüseynov "Yaban" restoranlar şəbəkəsi və digər restoran bizneslərinin inkişafında xidmətlərinə görə AMKM-in 30 illik yubiley medalı ilə təltif edilib. 

Daha sonra brend şef Firdovsi İsmayılov restoranın fəaliyyəti, yeməklərin və digər məhsulların keyfiyyəti barədə məlumat verdi. Şef qeyd etdi ki, əsasən cənub mətbəxinin məhsullarından ibarət menyu indi daha da zənginləşib, beynəlxalq yarışa yüksək səviyyədə hazırlıq işləri görülür. 

Həmçinin, Azərbaycan Milli Kulinariya Asossasiyasının prezidenti olan Tahir Əmiraslanov, "Yaban" restoranının sözügedən asossasiyanın həqiqi üzvü olduğunu bildirən diplomu rəhbərliyə təqdim edib. 

Sonra isə qonaqlar master şeflərin hazırladığı yeməklərin dadına baxıb. 

Müxbir: Ağarza Elçinoğlu

Foto/Video: Turqut Sultan