Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Hacıselli-Varvara yolunda qeydə alınıb.

“VAZ-2106” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil aşıb.

Qəza nəticəsində 2001-ci il təvəllüdlü Səfərov Cəfər Pənah oğlu aldığı xəsarətlərdən ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.